RU

İranlı general ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib: “Təcavüzkarın əlini kəsərik”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

General-mayor Əli Abdullahi ABŞ və onun müttəfiqlərini yeni strateji səhv və yanlış hesablamalara yol verməməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.

“ABŞ və müttəfiqlərinə elan edirik ki, yeni bir strateji səhvə və yanlış hesablama yanılğısına düşməsinlər. Onlar bilməlidirlər ki, İslam Respublikası İran və onun silahlı qüvvələri əvvəlki dövrlərlə müqayisədə daha hazırlıqlı, daha güclü və tam döyüş vəziyyətindədir. Bu əziz xalqa və torpaqlara qarşı düşmənlər tərəfindən həyata keçiriləcək istənilən yeni təcavüz və hücuma sürətli, qətiyyətli, güclü və hərtərəfli cavab veriləcək”, - deyə “Hatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı olan general-mayor Abdullahi bildirib.

General Abdullahi qeyd edib ki, amerikalı və sionist düşmənlər İran xalqını və onun güclü silahlı qüvvələrini dəfələrlə sınaqdan keçiriblər.

“İlahi iradə və əzmlə biz gücümüzü və imkanlarımızı əməli meydanda düşmənlərə göstərdiyimizi sübut etmişik. Əgər düşmənlərimiz yenidən səhvə yol versələr, onlara Ramazan məcburi müharibəsi ilə müqayisədə daha böyük güc və imkanla cavab verəcəyik. Biz bütün qüvvəmizlə İran xalqının hüquqlarını müdafiə edəcək və hər bir təcavüzkarın əlini kəsəcəyik”, - deyə o əlavə edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
bizimyol.info

1Источники