RU

Ukrayna Estoniyadan üzr istədi: Dron hadisəsinin təfərrüatları açıqlandı

Ukrayna dronunun Estoniya hava məkanına daxil olmasına görə üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Tihiy məlumat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, Rusiya öz radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək Ukrayna dronlarını Baltikyanı ölkələr istiqamətinə yönəltməyə davam edir.

“Biz Estoniyadan və Baltikyanı ölkələrdəki bütün dostlarımızdan bu cür təsadüfi insidentlərə görə üzr istəyirik. Biz təkrar edirik ki, Rusiya təbliğatının iddialarının əksinə olaraq, nə Estoniya, nə Latviya, nə Litva, nə də Finlandiya öz hava məkanından Rusiyaya zərbələr endirmək üçün istifadəyə icazə verməyib. Üstəlik, Ukrayna heç vaxt belə bir istifadə üçün müraciət etməyib”, – deyə Tihiy vurğulayıb.

Ukrayna tərəfi bu cür halların qarşısının alınması üçün müttəfiqlərlə koordinasiyalı şəkildə işlədiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники