RU

“Qarabağda yeni insan mərkəzli şəhərsalma modeli formalaşır” -

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ölkənin postmünaqişə və postböhran şəhərsalma modeli formalaşdırmasına imkan yaradıb. Bu model insan mərkəzli planlaşdırma, müasir infrastrukturun qurulması və əlçatanlıq prinsiplərinə əsaslanır".Metbuat.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva deyib. O bildirib ki, Azərbaycan bu forumda şəhər gündəliyi ilə iqlim gündəliyini birləşdirən bir sıra təşəbbüslərlə çıxış edir və bu yanaşma həm gələcək WUF, həm də COP platformaları üçün mühüm miras formalaşdırır. Onun sözlərinə görə, urbanizasiya və iqlim dəyişiklikləri bir-biri ilə sıx bağlıdır və bu iki istiqamət ayrılıqda deyil, paralel şəkildə nəzərdən keçirilməlidir."Həyata keçirilən təşəbbüslər yalnız şəhərlərin bərpasına deyil, həm də regionda sülhün möhkəmlənməsinə xidmət edir. Bu yanaşma eyni zamanda şəhərlərin inkişafı üçün maliyyə resurslarının cəlb olunması, investisiya imkanlarının artırılması və beynəlxalq standartlara uyğun layihələrin hazırlanmasını nəzərdə tutur. Azərbaycan bu təşəbbüslərlə postmünaqişə dövrünü yaşayan ölkələr üçün bir model təqdim etməyə çalışır və COP29-dan başlayan bu proses WUF13-də davam etdirilir. Məqsəd şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək və “Baku Continuity Coalition” kimi platformalar vasitəsilə iqlim və şəhərsalma gündəmini birləşdirməkdir",- deyə Gülşən Rzayeva qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
13
metbuat.az

1Источники