RU

EBRD: Şəhərlər mənzil tələbatını qarşılamaq üçün investisiya risklərini azaltmalıdır

Şəhərlərin artan mənzil tələbatını qarşılaya bilməsi üçün investisiya risklərinin azaldılması və özəl sektorun daha fəal cəlb olunması vacibdir.

"APA-Economics" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun rəhbər müavini Lin O'Grady Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada deyib.

Onun sözlərinə görə, şəhərlərin mənzil problemini həll etməsi üçün üç əsas istiqamətə diqqət yetirilməlidir.

L. O'Grady qeyd edib ki, ilk növbədə şəhərlər genişmiqyaslı mənzil tikintisi üçün özəl sektorun imkanlarından istifadə etməlidir.

O bildirib ki, ikinci istiqamət investisiya risklərinin azaldılmasıdır. Bu məqsədlə qrantlar, güzəştli kreditlər, zəmanətlər və risklərin bölüşdürülməsi mexanizmləri tətbiq oluna bilər.

EBRD rəsmisinin sözlərinə görə, üçüncü vacib istiqamət mövcud binaların enerji səmərəliliyinin artırılmasıdır.

O vurğulayıb ki, enerji səmərəliliyi nəticəsində əldə olunan qənaət investisiyaların maliyyələşdirilməsinə yönəldilə bilər.

Lin O'Grady əlavə edib ki, mənzil probleminin həlli inteqrasiya olunmuş planlaşdırma, dövlət-özəl tərəfdaşlığı və innovativ maliyyə alətlərinin tətbiqini tələb edir.

Избранный
4
1
apa.az

1Источники