RU

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu il ölkə əhalisinin sayı yanvar-mart aylarında 5814 nəfər və ya 0,1 faiz artaraq, 2026-cı il aprelin 1-i vəziyyətinə 10 milyon 268 min 165 nəfərə çatıb.

 

Pravda.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il mayın 1-dək 33 min 270 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 84 min 370 nəfər təşkil edib.

Tarix: 19 May 2026, 17:50   
Избранный
3
4
pravda.az

5Источники