RU

Mourinyo Vinisiusun müqaviləsinin uzadılmasına qarşı çıxıb

“Real”ın hücumçusu Vinisius Juniorun klubdan ayrılması ehtimalı gündəmə gəlib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist İqnasion Sançes “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O Madrid klubuna yaxınlaşdığı iddia olunan Joze Mourinyonun braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqların dayandırılmasını istədiyini qeyd edib.

Məlumata görə, Mourinyonun Florentino Peresə də çatdırdığı ideya müqavilə təklifinin geri çəkilməsi və futbolçunun mövsüm ərzində göstərəcəyi performansa əsasən qərarın 2027-ci ildə yenidən dəyərləndirilməsidir.

Bu halda bütün təşəbbüs futbolçunun özündə olacaq və o, azad agent kimi gələcək karyerasını müzakirə edə biləcək.

Mourinyo yüksək maaşlı uzunmüddətli müqavilənin klubun gələcək transfer planlarını məhdudlaşdıracağını düşünür və Vinisiusun onun rəhbərliyi altında necə çıxış edəcəyini əvvəlcə görmək istəyir.

Bundan başqa, portuqaliyalı mütəxəssis futbolçunun azad agent kimi ayrılmasında heç bir problem görmədiyini, onun transfer dəyərini artıq tam şəkildə doğrultduğunu da bildirib.

Избранный
49
90deqiqe.az

1Источники