RU

Qurban Qurbanov növbəti il üçün hədəfləri açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb.

Publika.az xəbər verir ki, mütəxəssis komandanın UEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlığı ilə əlaqələndirib: “Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.

Избранный
13
12
publika.az

10Источники