RU

Tblisiyə qatarla bilet 76 manatdan çox olmamalıdır

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əgər quru sərhədin açıq olduğu vaxtdakı qatar qiymətini ədalətli sayırıqsa, onda bu qiymət indi nə qədər olmalıdır? Hesablayaq.

İki nəfərlik kupeyə bir bilet götürək. 30 dekabr 2019`cu il tarixində 57 manat 7 qəpiyə idi. Rəsmi statistika dəmir yolunda sərnişindaşıma qiymətinin 2020-2025`ci illərdə azca aşağı düşdüyünü deyir. Bu hesabla, hazırda bilet ucuzlaşaraq 57 manat 5 qəpiyə olmalıdır.

Amma sərhədlər bağlı ikən dəmir yolunda sərnişindaşıma qiyməti az əhəmiyyətli bir formallıq idi. Ona görə, fərz edək ki, qatar bileti digər qida olmayan mal və xidmətlərin qiymət artımı ilə əl-ələ addımlamalıdır. Əslində elə deyil, amma qiyməti aşırı yüksəltmək istəyənlərə bu güzəşti də edək. O halda, dediyim biletin qiyməti indi 76 manat 09 qəpikdən çox olmamalıdır.

Adi dörd nəfərlik kupedə bir nəfərin bileti əvvəl 33 manat 60 qəpik idi. İndi, dediyim hesabla, o, ən çoxu 44 manat 80 qəpiyə olmalıdır.

Təkrar edim: bu, keçən dövr ərzindəki ancaq qeyri-qida qiymət artımının qatar biletinə tətbiqidir. Əslində qiymət bundan ucuz olmalıdır.

İlqar Məmmədov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
83
icma.az

1Источники