RU

"Çelsi" "Tottenhem"i məğlub etdi

"Çelsi" İngiltərə Premyer Liqasının XXXVII turunun son oyununda "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.

Publik.az xəbər verir ki, oyun Londondakı "Stemford Bric" stadionunda baş tutub.

"Çelsi"nin heyətində Entso Fernandes (18-ci dəqiqə) və Andrey Santos (67-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Rişarlison (74-cü dəqiqə) vurub.

"Çelsi" bu qalibiyyətlə Premyer Liqada yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub və 52 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Komanda son turda səfərdə "Sanderlend"lə qarşılaşacaq.

Избранный
20
2
publika.az

3Источники