RU

Paltaryuyana 2 qaşıq tökənlərin 500 manatlıq xərcdən canı qurtarır

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paltaryuyan maşınlarda zamanla yaranan əhəng qatı ciddi nasazlıqlara səbəb ola bilər. Sdə üsullarla bu problemin qarşısını almaq mümkündür.Demokrat.az xəbər verir ki, ərp yığılması xüsusilə nasos və daxili mexanizmlərə zərər vurduqda yüksək təmir xərcləri ortaya çıxır. Bunun qarşısını almaq üçün bir neçə təbii üsul tövsiyə edilir.Limon duzu və ağ sirkə ən təsirli vasitələrdən biri hesab olunur. Bunun üçün maşının yuyucu bölməsinə 2 xörək qaşığı limon duzu və 1 stəkan ağ sirkə əlavə etmək kifayətdir. Daha sonra maşın 90 dərəcə temperaturda boş şəkildə işlədilir.Mütəxəssislərin sözlərinə görə, bu qarışım qızdırıcı hissədə toplanan sərt əhəng qatını parçalayır və daxili hissələri təmizləyir. Eyni zamanda bakteriya və pis qoxuların aradan qaldırılmasına kömək edir.Digər təsirli üsullardan biri də iri duz və alma sirkəsidir. Maşının içinə iki ovuc iri qaya duzu, yuyucu bölməsinə isə yarım litr alma sirkəsi əlavə olunur. Yüksək temperaturda işə salınan maşında bu qarışım

borulardakı əhəng qalıqlarını təmizləyir.Ağ sirkə və boraks qarışığı da gigiyena üçün faydalı hesab edilir. Bir stəkan boraks maşının içinə, bir stəkan ağ sirkə isə yuyucu hissəyə tökülərək cihaz boş işlədilir. Bu üsul kif və bakteriyaların yaranmasının qarşısını alır.Yüngül əhənglənmə zamanı limon və portağal qabıqları da istifadə edilə bilər. Meyvə qabıqları torbaya qoyularaq maşının içinə yerləşdirilir, yuyucu hissəyə isə ağ sirkə əlavə olunur. Bu üsul həm təmizləyir, həm də xoş qoxu yaradır.Mütəxəssislər vurğulayırlar ki, paltaryuyan maşının filtr və su boşaltma hissələrinin mütəmadi təmizlənməsi də vacibdir. Daimi qulluq cihazın ömrünü uzadır və nasazlıq riskini azaldır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
74
demokrat.az

1Источники