RU

Emosional tükənmənin beş əsas əlaməti

Emosional tükənmə qıcıqlanma, xroniki yorğunluq, daxili boşluq hissi, sinizmin (laqeydlik və inamsızlıq) ortaya çıxması və empatiyanın itirilməsi şəklində özünü göstərə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı psixoterapevt və psixiatr Anton Grebenyukov "RİA Novosti" agentliyinə müsahibəsində xəbərdarlıq edib.

Ekspert qeyd edib ki, emosional tükənməni depressiya və ya adi yorğunluqdan fərqləndirən bəzi məqamlar var:

İlkin siqnal: Əgər normal istirahət, tətil və ya fəaliyyət növünün dəyişdirilməsi yuxarıda göstərilən əlamətlərdən xilas olmağa kömək etmirsə, bu, bədənin tükəndiyinə dair ilk ciddi siqnaldır.

Həkimə müraciət vaxtı: Əgər bu neqativ psixoloji vəziyyət ardıcıl olaraq 2 həftədən çox davam edirsə və insanın həyatının bütün sahələrinə (iş, ailə, sosial mühit) mənfi təsir göstərirsə, mütləq həkimə müraciət etmək lazımdır.(oxu.az)

Избранный
14
1
olke.az

2Источники