Mən Braziliyada gecəqonduda yaşamışam. Həyatımın bir dövrünü bu istiqamətdə problemlərin həllinə həsr etmişəm. Trend xəbər verir ki, bunu bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Afrikada, Cənubi Asiyada isə milyonlarla insan bu problemlə üz-üzədir:
"Hazırda dünyada çox sayda insan gecəqondu problemindən əziyyət çəkir. Onların ən əsas ehtiyacları — tualet, işıq, qaz kimi xidmətləri yoxdur. İnsanlar geyim və iş yeri tapmaqda çətinlik çəkirlər. Bütün bunlar ciddi sosial problemlər yaradır.
Qeyri-rəsmi yaşayış məntəqələri ilə sağlamlıq problemləri birbaşa əlaqəlidir. İqlim dəyişikliyi və gecəqondular bir-biri ilə sıx bağlı məsələlərdir. Dünya üzrə dörd milyondan çox insan gecəqondularda yaşayır. Hazırkı vəziyyət kritikdir. Buna görə də çalışmalıyıq ki, gecəqonduların sayının azalmasına nail olaq. Təkcə dövlət siyasəti kifayət etmir. Bunun üçün inteqrasiya olunmuş, kompleks bir çərçivə formalaşdırılmalıdır. Artıq Azərbaycan Somaliyə bu istiqamətdə dəstək verir. Sonalideki gecəqonduların yaşayıs məntəqələrinə çevrilməsi üçün işlər görür", - o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.