RU

Paşinyan: Rusiya ilə münasibətlərdə heç bir kəskin hərəkət etməyəcəyik

Ermənistan Rusiyanın maraqlarına zərər verən heç bir hərəkət etməyəcək.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan bildirib.

"Rusiya ilə münasibətlərimizdə heç bir kəskin hərəkət etməyəcəyik. Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir", - Paşinyan seçki kampaniyası zamanı seçicilərlə görüşündə deyib. pizza mizza

Onun sözlərinə görə, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır:

"Mən Rusiyaya, prezidentinə və Rusiya hökumətinin başçısına belə yanaşıram. Onlara deyirəm ki, Rusiyanın maraqlarına zərər verən heç bir şey etməmişik və etməyəcəyik. Amma öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Amma biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik; ən yüksək səviyyədə dialoq davam edəcək".


Telegram kanalımız
Избранный
3
2
yenisabah.az

6Источники