RU

Şəbəkə sənəti WUF13 iştirakçılarının marağına səbəb olub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində yaradılmış kreativ guşədə Azərbaycan mədəniyyəti və milli irsi də nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, Şəkidən gələn şəbəkə ustası Hüseyn Hacı-Mustafazadə tədbir iştirakçılarına qədim Azərbaycan sənəti olan şəbəkə nümunələrini təqdim edir. Usta bildirib ki, 40 ilə yaxındır şəbəkə sənəti ilə məşğuldur və öz əl işlərini WUF13-da təqdim etməkdən çox məmnundur.

“Qonaqlar şəbəkənin necə qurulduğunu əyani şəkildə izləyirlər. Onların böyük marağı var, heyrətə gəlirlər. Bu, bir çoxunun öz ölkəsində görmədiyi sənət növüdür”, – deyə o qeyd edib.

Hüseyn Hacı-Mustafazadənin sözlərinə görə, WUF13 dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirdiyi üçün Azərbaycanın mədəni irsini daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır.

“İnsanlar görür ki, bizim xalqımız yüz illər əvvəl də zəngin mədəni irsə sahib olub”, – deyə şəbəkə ustası vurğulayıb.

Müxbir- Aytən Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники