RU

Maşından birbaşa kanalizasiya quyusuna düşüb öldü VİDEO

Lent az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərində 56 yaşlı Donik Qoçaj avtomobildən düşərkən açıq kanalizasiya quyusuna yıxılaraq ölüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadın axşam saatlarında "Mercedes-Benz" markalı avtomobilini park etdikdən sonra maşından düşüb. O, birbaşa Cartier malikanəsinin qarşısındakı təmir quyusuna tərəf gedərkən ağzı açıq quyuya yıxılıb. Qadın təxminən 3 metr hündürlükdən aşağı düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
1
lent.az

2Источники