Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İnternet monitorinqi şirkəti "NetBlocks" İranda genişmiqyaslı rəqəmsal kəsintinin davam etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, qurumun məlumatına əsasən, ölkədə internet məhdudiyyəti artıq 82-ci gününə daxil olub və İran 1944 saatdan çoxdur ki, qlobal şəbəkədən əsasən kəsilmiş vəziyyətdədir.
Bildirilib ki, vəziyyət uzunmüddətli böhran xarakteri daşıyır və bu hal ölkənin sosial və iqtisadi həyatına ciddi təsir göstərir.
"NetBlocks"un bəyanatında qeyd olunub ki, “bir neçə dəqiqəlik fasilənin belə böhrana çevrilə biləcəyi bir dövrdə İran rekordlar qırmağa, dolanışıq vasitələrini məhv etməyə və insan haqlarını pozmağa davam edir”.
Qurumun qiymətləndirməsinə görə, internet kəsintisinin davam etməsi kommunikasiya azadlığı və informasiya mübadiləsi ilə bağlı narahatlıqları daha da artırır.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.