RU

Bakı–Tbilisi–Bakı qatar biletlərinin qiymətləri açıqlandı | RƏSMİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Oxuməni.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.

Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:

Bakı - Tbilisi - 81 AZN-dən (127 Lari)

Yevlax - Tbilisi - 67 AZN-dən (105 Lari)

Gəncə - Tbilisi - 62 AZN-dən (97 Lari)

Ağstafa - Tbilisi - 57 AZN-dən (89 Lari)

Böyük Kəsik - Qardabani - 51 AZN-dən (80 Lari) başlayır.

Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.

Qeyd edək ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.

Xatırladaq ki, 2019-cu ildə Bakı – Tbilisi – Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

Almaz Həsənli

Избранный
16
oxumeni.az

1Источники