RU

Fuad Hüseynov: Qarabağ dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən biridir

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qarabağ və Şərqi Zəngəzur ekspertlər tərəfindən dünyanın ən çox minalardan çirkləndirilmiş ərazisi kimi qiymətləndirilib

Ölkə.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb:

"Ermənistan mina xəritələrini tam şəkildə təqdim etməkdən imtina edir. Bunun nəticəsidir ki, 2020-ci ildən indiyədək mina partlayışları nəticəsində yüzlərlə insan ya həlak olub, ya da ağır yaralanıb".

F.Hüseynov əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda smart kənd, smart şəhər, yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış məntəqələri qurulur:

"Qısa müddət ərzində 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin baş planı təsdiqlənib Bu, Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir və unikal hallardan biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
olke.az

4Источники