RU

Su çəkildikcə dərələrdə qram qram qızıl yığırlar

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Aydın, Manisa, Dənizli və Uşak bölgəsində yaşayan və sosial şəbəkə vasitəsilə birləşən “qırıntı mədənçiliyi” həvəskarları Aydının Germencik rayonundakı çay yataqlarında qızıl axtarmağa başlayıblar.

Sherg.az xəbər verir ki, sadə avadanlıqlarla aparılan axtarışlarda iştirak edənlər bəzən günlərlə çalışaraq az miqdarda qızıl əldə edir, bəzən isə əliboş geri qayıdırlar.

Qızıl axtarışında ən çox istifadə olunan üsullar “tava (pan)” və “savaq” sistemidir. Tava üsulunda çay yatağındakı qum su ilə yuyulur, yüngül hissələr uzaqlaşır, qızıl isə dibdə qalır. Savaq üsulunda isə su axını ilə qızılın müəyyən nöqtələrdə toplanması təmin edilir.

Bu fəaliyyət “qırıntı mədənçiliyi” adlanır və rəsmi icazə ilə həyata keçirilir. Bəziləri üçün hobi, bəziləri üçün isə əlavə qazanc mənbəyi sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
sherg.az

1Источники