RU

Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər

Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kodokan seminarında iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçiblər.

Tədris prosesinə kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik ediblər.

Seminarın sonunda kata ekspertləri itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulan proqramlar hesab olunur.

Избранный
4
6
far.az

7Источники