RU

Moskvada gənc ifaçılarımızın iştirakı ilə konsert təşkil ediləcək

Yazını böyüt
Yazını kiçilt

Mayın 24-də Moskvada Azərbaycan musiqisinin gənc ifaçılarının iştirakı ilə ölkəmizin Müstəqillik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Hafta.az xəbər verir ki, tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nəzdindəki “Şuşa” Azərbaycan Musiqi Mərkəzi tərəfindən təşkil olunur.

Gecənin proqramında gənc sənətçilərin ifasında Azərbaycan musiqi sənətindən əsərlər səsləndiriləcək. Təşkilatçılar qeyd edirlər ki, tədbirin məqsədi Azərbaycanın milli musiqi irsini təbliğ etmək və mədəni əlaqələri gücləndirməkdir.

Konsertdə iştirak etmək üçün RAGB-nin veb-saytında əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Konsert 1-ci Tverskaya-Yamskaya küçəsi, 22 ünvanında keçiriləcək və saat 16:00-da başlayacaq.

Избранный
1
3
hafta.az

4Источники