RU

ABŞ Yaxın Şərqdə lazer silahlı iki esmines yerləşdirib

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikada fəaliyyət göstərən iki ABŞ esminesi lazer qurğuları ilə təchiz olunub.

Bu barədə “The War Zone” portalı məlumat yayıb.

Məlumata görə, "USS Spruance" esminesi “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun tərkibinə daxildir, "USS John Finn" isə Hind okeanında döyüş növbətçiliyi həyata keçirir.

Hər iki gəmi pilotsuz uçuş aparatlarını dezorientasiya etmək, eləcə də gəmilər, sualtı qayıqlar, pilotlu hava vasitələri və dronlardakı kəşfiyyat sistemlərinin kamera və sensorlarını sıradan çıxarmaq üçün nəzərdə tutulan ODIN lazer sistemi ilə təchiz edilib.

Portalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə doqquz gəmidə yönləndirilmiş enerji silahları yerləşdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
4
apa.az

9Источники