RU

Türkiyədə məşhurlara qarşı yeni əməliyyat: Fatih Karaca, Serenay Sarıkaya və Feyza Civelek də saxlanıldılar

Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Bu barədə Oxu.Az “TGRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində 25 nəfər saxlanılıb. Onların arasında Mabel Matiz kimi tanınan məşhur türkiyəli müğənni Fatih Karaca, aktrisalar Serenay Sarıkaya və Feyza Civelek də var.

Digər saxlanılanlar aşağıdakılardır:

Berkay Şahin, Tan Taşcı, Yağmur Ünal, Mirgün Sırrı Cabas, Hakan Aydın (“Blok 3”), Niran Ünsal, Volkan Bahçekapalı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Eren Kesimer, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Yasemin İkbal, Tarık Tunca Bakır, Hanzede Gürkanlar, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora ve Semiha Bezek.

Избранный
4
7
editor.az

10Источники