Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bəyanatını şərh edib. Şoyqu bildirmişdi ki, Ermənistan rəhbərliyi son zamanlar Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna cavab verməyən addımlar atır.
Bizim.Media xəbər verir ki, Mirzoyan rusiyalı həmkarının ittihamlarına cavab olaraq hər şeyin nisbi olduğunu qeyd edib:
"Elə zamanlar və hadisələr olub ki, biz tərəfdaşlarımızdan tamamilə fərqli addımlar, ən azı müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin görülməsini gözləyirdik, lakin bunları görmədik. Ona görə də hər şey çox nisbidir", — deyə Mirzoyan bildirib.
Bununla belə, nazirin sözlərinə görə, Ermənistan Rusiya ilə ikitərəfli münasibətlərə süni gərginlik gətirmək niyyətində deyil.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da rəsmi İrəvanın Rusiyanın maraqlarına zərər vurmaq niyyətində olmadığını bəyan etmişdi.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта