RU

Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi

style='margin-bottom:10px;'>

Almaniya millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

QOL.az xəbər verir ki, yığmanın “X” sosial şəbəkə hesabında yayılan siyahıda 26 futbolçunun adı yer alıb.

Heyətdə diqqət çəkən məqamlardan biri Manuel Noyerin milliyə qayıdışı olub. “Bavariya”nın 40 yaşlı qapıçısı sonuncu dəfə Almaniya millisinin heyətində 2024-cü ilin iyulunda İspaniyaya qarşı AVRO-2024-ün 1/4 final oyununda (1:2) meydana çıxmışdı.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Aleksandr Nübel (“Ştutqart”), Oliver Baumann (“Hoffenhaym”).

Müdafiəçilər: Valdemar Anton (“Borussiya” Dortmund), Niko Şlotterbek (“Borussiya” Dortmund), Yoşua Kimmix (“Bavariya”), Conatan Ta (“Bavariya”), David Raum (“Leyptsiq”), Antonio Rüdiger (“Real” Madrid), Nataniel Braun (“Ayntraxt”), Malik Tiav (“Nyukasl”).

Yarımmüdafiəçilər: Leon Qoretska (“Bavariya”), Aleksandar Pavloviç (“Bavariya”), Lennart Karl (“Bavariya”), Ceymi Levelinq (“Ştutqart”), Ancelo Ştiller (“Ştutqart”), Florian Virts (“Liverpul”), Feliks Nmeça (“Borussiya” Dortmund), Nadiem Amiri (“Maynts”), Leroy Sane (“Qalatasaray”), Paskal Qross (“Brayton”).

Hücumçular: Kay Haverts (“Arsenal”), Denis Undav (“Ştutqart”), Camal Musiala (“Bavariya”), Maksimilian Bayer (“Borussiya” Dortmund), Nik Voltemade (“Nyukasl”).

Qeyd edək ki, Almaniya millisi dünya çempionatının E qrupunda yer alıb. Yulian Nagelsmannın komandası qrup mərhələsində Kürasao (14 iyun), Kot-d’İvuar (20 iyun) və Ekvador (25 iyun) yığmaları ilə qarşılaşacaq.

Избранный
16
3
teleqraf.com

5Источники