RU

"Ağdaş" klubuna II Liqa yarışlarında iştirak etməsi üçün lisenziyanın verilməsi qərara alınıb

Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda "Ağdaş" klubu tərəfindən daxil olmuş apellyasiya müraciətinə ("Ağdaş"a Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.

Müzakirələrdən sonra adıçəkilən kluba 2026/2027 mövsümündə II Liqa yarışlarında iştirak etməsi üçün lisenziyanın verilməsi qərara alınıb.

Qeyd edək ki, daha əvvəl AFFA-nın Lisenziya Komissiyasının qərarına əsasəN "Ağdaş" klubuna II Liqada iştirak üçün lisenziya verilməmişdi.

Избранный
0
1
far.az

7Источники