RU

9 maddəlik tarixi ABŞ-İran razılaşmasının layihəsi yayıldı - Səudiyyədən iddia...



ABŞ və İran arasında əldə edilməsi gözlənilən tarixi razılaşmanın layihəsi ortaya çıxıb. Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalının məlumatına görə, iki ölkə arasındakı gərginliyə son qoymağı hədəfləyən layihə mətni doqquz vacib bənddən ibarətdir.

Layihə mətninin birinci maddəsinə görə, tərəflər bütün cəbhələrdə, quruda, dənizdə və havada tam, dərhal və qeyd-şərtsiz atəşkəs elan edəcəklər.

2-ci maddədə tərəflərin üzərinə qarşı tərəfin heç bir hərbi, mülki və ya iqtisadi obyektini hədəf almamaq öhdəliyi qoyur.

Saziş layihəsinin 3-cü maddəsi bütün hərbi əməliyyatların, fəaliyyətlərin və təxribat xarakterli media müharibələrinin dayandırılmasını nəzərdə tutur,

4-cü maddə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi və onların daxili işlərinə müdaxilənin edilməməsinin vacibliyi vurğulanır.

Regional ticarət və təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edən beşinci maddəyə əsasən, Fars körfəzi, Hörmüz boğazı və Ərəbistan dənizində naviqasiya azadlığı zəmanət altına alınacaq. Altıncı maddədə razılaşmanın icrasına nəzarət etmək və mübahisələri həll etmək üçün birgə komitənin yaradılması nəzərdə tutulur, yeddinci maddədə isə həll olunmamış məsələlər üzrə danışıqların maksimum yeddi gün ərzində başlayacağı bildirilir.

Layihənin ən diqqət çəkən hissələrindən biri olan səkkizinci maddədə "İranın sazişin şərtlərinə əməl etməsi müqabilində ABŞ-ın İrana qarşı sanksiyaları tədricən ləğv edəcəyi" qeyd olunur.

Nəhayət, doqquzuncu maddədə qeyd olunub ki, hər iki tərəf bu sazişin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hörmətə əsaslandığını vurğulayıb.

Tahir TAĞIYEV

Избранный
6
4
baki-xeber.com

5Источники