RU

“İstiqlalın əbədi işığı” konserti böyük maraq yaratdı – gənc istedadlar səhnədə parladı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri 28 May – Müstəqillik Gününə həsr olunan “İstiqlalın əbədi işığı” adlı konsert proqramı ilə çıxış ediblər.

“Yeni Sabah” xəbər verir ki, Məktəbin direktoru Könül Hüseynova çıxışında bildirib ki, bu sadəcə konsert proqramı deyil:

“Bu milli ruhumuzun, kimliyimizin , mədəniyyətimizin zənginliyini özündə ehtiva edən bir gecə olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu günlər biz artıq azad ölkənin azad vətəndaşı kimi nəfəs almağa başlamışdıq. Bu əlamətdar günə həsr olunmuş konsertdə bu duyğuları biz sizə musiqi dili ilə çatdıracağıq”. Marqarita pizza

Konsert Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Proqramda milli və dünya klassik musiqisindən seçilmiş əsərlər səsləndirilib.

Gənc ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Səslənən əsərlərdə müstəqillik ruhu, Vətən sevgisi və milli dəyərlər ön plana çıxıb.

Konsert ərzində orkestrin müşayiəti və Fuad İbrahimovun idarəçiliyi gənc musiqiçilərin çıxışlarına xüsusi ab-hava qatıb.

Qeyd edək ki, konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin  demək olar bütün şöbələri iştirak edib. Xareoqrafiya və rəssamlıq şöbələri istisna olmaqla, bütün alətlər üzrə çıxışlar təqdim olunub və hər kəs öz məharətini nümayiş etdirib.


Telegram kanalımız
Избранный
14
6
yenisabah.az

9Источники