RU

“WUF13 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirdi” - UN-Habitat

“Forum şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün mühüm beynəlxalq platforma rolunu bir daha təsdiqləyib. WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb. Onlardan 2 mindən çoxu tədbirə onlayn qoşulub”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13-ün rəsmi qapanış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirdi. 

“Qoşulanların 55%-ni qadınlar və qızlar təşkil edib. Forumda 11 dövlət başçısı, 9 yüksək səviyyəli qonaq, 88 nazir, 76 nazir müavini və 130 bələdiyyə sədri iştirak edib.
UN-Habitat rəhbəri əlavə edib ki, forum çərçivəsində ümumilikdə 579 sessiya keçirilib. Urban Expo sərgisində isə 260 sərgi iştirakçısı, innovator və həll təminatçısı təmsil olunub. Sərgiyə 74 mindən çox ziyarət qeydə alınıb. WUF13-ü işıqlandırmaq üçün 865 media nümayəndəsi akkreditə olunub”.

Aytəkin TOFİQQIZI

Избранный
43
4
redaktor.az

6Источники