RU

Müğənni “küftə-bozbaş” məclislərinə etiraz: “500 kişi ilə öpüşüb-görüşə bilmərəm”

Vüqar Muradov sosial şəbəkədə paylaşımı ilə müzakirə yaradıb.

“Yeni Sabah” xəbər verir ki, ifaçı həmkarlarına müraciət edərək onu ailəvi olmayan məclislərə çağırmamağı xahiş edib:

“Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki cəmi 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur. Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim, pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küftə-bozbaş məclisi etməyəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm”. pizza

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalıya toy edib. Məclisin yalnız kişilər üçün təşkil olunmuş və qonaqlara küftə-bozbaş təqdim edilmişdi. Buna görə də sosial şəbəkə istifadəçiləri isə Vüqar Muradovun paylaşımını məhz Tacir Şahmalıoğluna atmaca kimi qiymətləndiriblər.


Telegram kanalımız
Избранный
36
7
yenisabah.az

10Источники