RU

Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir

Bakı, 22 may, AZƏRTAC

Bu gün üzləşdiyimiz çağırışlar o qədər təcili, bir-biri ilə bağlı və mürəkkəbdir ki, hökuməti, icmaları, gəncləri, elmi dairələri, vətəndaş cəmiyyətini və bütün maraqlı tərəfləri bir masa arxasında əyləşməyə və həll yollarını birlikdə formalaşdırmağa vadar edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.

"Biz artıq sadəcə söhbətlərlə kifayətlənə bilmərik. “Bakı Fəaliyyətə Çağırış” sənədi ehtiyac duyduğumuz transformativ dəyişikliyə yol göstərə biləcək praktik, əlçatan və aydın bir yol xəritəsi təqdim edir. Bu, bizə xatırladır ki, fəaliyyətsiz baxışlar nə ev, nə şəhər, nə də gələcək qura bilər", - Jonathan Oriki vurğulayıb.

Избранный
64
50
azertag.az

10Источники