Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müğənni Vüqar Muradov açıqlaması ilə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçi "el toyu" edən həmkarlarını tənqid edib.
O, bildirib ki, ailəvi olmayan və küftə-bozbaş yeməyi verilərək keçirilən məclislərə qatılmaq istəmir:"Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki ancaq 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur".Vüqar ənənəvi bəy-gəlin toylarına məmnuniyyətlə qatılacağını və belə məclisləri daha uyğun hesab etdiyini qeyd edib:"Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küft-bozbaşlı məclisi edəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm". (Musavat.com)
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.