Fransa prezidenti Emmanuel Makronun iqamətgahı olan Yelisey sarayında dövlət müqavilələri ilə bağlı istintaq çərçivəsində axtarış keçirilib.
Redaktor.az xəbər verir ki, Parisin maliyyə işləri üzrə iki istintaq hakimi mayın 21-də sarayda əməliyyat aparıb.
Araşdırma Fransanın görkəmli şəxslərinin nəşlərinin Panteona köçürülməsi mərasimlərinin təşkili üçün bağlanmış dövlət müqavilələri ilə bağlıdır.
İstintaq çərçivəsində “Shortcut Events” şirkətinə verilən sifarişlərin şərtləri yoxlanılır.