"Qızım məni eşitməyib nə edəcək? Çətin sənətdir, oxumasına ehtiyac yoxdur. Gərək bir az üzlü olasan. Öz işim var".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Qonaqcanlı" verilişində deyib. Qarmon ifaçısı qızından danışıb. O bildirib ki, qızının müğənni olmasına icazə verməyib.
G.Rzayeva qızına moda evi açmağa hazırlaşdığını deyib:
"Qızıma moda evi açacağam. Gözəl bacarığı var. Zövqlüdür. Quraşdırır, düzəldir". (Axşam.az)