RU

​“Başqalarını qabaqlamaq həvəsi peşəkarlığı kölgədə qoymamalıdır” -

Son illərdə rəqəmsal mediada rəqabətin kəskinləşməsi xəbəri ilk yayımlamaq yarışına səbəb olub. Çox vaxt operativlik etibarlılıqdan üstün tutulur, hətta həmkarlarımız arasında müəlliflik üstündə mübahisələr yaranır. Nəticədə faktların yoxlanılması, mənbələrin dəqiqləşdirilməsi və peşəkar redaktə arxa plana keçir. Saytların oxucu toplamaq və mövcud auditoriyanı itirməmək istəyi başadüşüləndir. Lakin bu tələsiklik cəmiyyətə yanlış və ya yarımçıq məlumatların ötürülməsinə, bu isə son nəticədə medianın etibarlılığının sarsılmasına yol açır. Tanınmış jurnalist Seymur Verdizadə Metbuat.az saytına açıqlamasında bildirib ki, jurnalistika yalnız sürət üzərində qurula bilməz: “Peşəkar media üçün əsas hədəf sürət və dəqiqlik arasında balans yaratmaqdır. Başqalarını qabaqlamaq həvəsi peşəkarlığı kölgədə qoymamalıdır. Düşünürəm ki, çıxış yollarından biri redaksiyalarda süni intellektdən düzgün istifadə, digəri isə etik standartların sərtləşdirilməsidir. Əks halda, informasiya bolluğunda həqiqət itib-batacaq.

Jurnalistikanın əsas funksiyası etibarlı məlumat ötürməkdir. Sürət uğrunda dəqiqliyin qurban verilməsi böyük fəsadlar törədə bilər. Əgər bu “xəstəlikdən” xilas olmasaq, tədricən oxucunu itirəcəyik. Jurnalistikanın gələcəyi operativliklə məsuliyyətin balansından asılıdır”.

Избранный
89
metbuat.az

1Источники