Ermənistan hökuməti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yollarını öz vəsaitləri hesabına bərpa edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak vilayətində keçirilən seçkiqabağı görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistan tərəfi Gümrü-Axurik və Axurik–Türkiyə sərhədi istiqamətində bərpa işlərinə başlayacaq.
“Türkiyə tərəfində işlər artıq başlayıb və dəmir yolu açılacaq. Biz də Yerask qovşağının yenidən qurulmasına başlayacağıq. Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək. Baxmayaraq ki, konsessiya müqaviləsi var, investisiyanı biz edəcəyik, dəmir yolunu təmir edib bərpa edəcəyik və xətt istifadəyə veriləcək”, - Paşinyan deyib.