“Deportivo” 8 illik fasilədən sonra 2026/2027-ci illər mövsümündən etibarən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, futbol üzrə İspaniyanın ikinci liqası olan Sequndada çempionatın bitməsinə bir tur qalmış elitaya vəsiqə qazanan daha bir komanda bəlli olub.
Bir tur əvvəl Santander “Rasinq”i La Liqaya vəsiqəni təmin etmişdi. Ötən gün isə La Korunya təmsilçisi də elitaya yüksəlməyi bacarıb.
Sequndada geridə qalmış 41 turdan sonra “Rasinq” 79 xalla vahid liderdir. “Deportivo” isə 77 xalla ikinci pillədə qərarlaşıb və 3-cü pillədəki “Almeriya”nı 6 xal qabaqlayır.
La Liqaya sonuncu vəsiqə uğrunda 4 komanda arasında pley-off görüşləri keçiriləcək. Hazırda əsas namizədlər “Almeriya” (71), “Malaqa” (70), “Las Palmas” (70), “Kastelyon” (69) və “Burxos”dur (69). 67 xala malik “Eybar”ın da pley-offda oynamaq üçün riyazi şansları qalmaqdadır.
Xatırladaq ki, La Liqanı 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən tərk etmiş komandalar “Malyorka”, “Jirona” və “Real Ovyedo”dur.
