RU

“İnvestAZ” İnvestisiya Şirkəti ötən ili 1.6 mln. manat xalis mənfəət əldə edib

“İnvestAZ” və ya hüquqi adı ilə “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC 2025-ci ili 1.6 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət bir il əvvəl 2.29 mln. manat xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin ümumi gəlirləri 2025-ci ildə 15.43 mln. manat təşkil edib və illik müqayisədə 6% artıb. Gəlirlərin əsas hissəsi marja ticarətindən formalaşıb. Marja ticarətindən xalis gəlir 5.8% artaraq 14.09 mln. manata yüksəlib və ümumi gəlirlərin böyük hissəsini təmin edib. Broker xidmətlərindən və digər komissiya gəlirlərindən daxilolmalar 28% artaraq 199.4 min manata çatıb. Tədris xidmətlərindən gəlirlər 13% artaraq 86 min manat olub. Eyni zamanda dividend gəlirləri 18.3 min manat təşkil edib.

Şirkətin ümumi xərcləri isə 13.24 mln. manata yüksəlib ki, bu da illik müqayisədə 15% artım deməkdir. İnvestisiya şirkətin 2025-ci ildə əməliyyat miqyasını genişləndirməsi fonunda inzibati və digər əməliyyat xərclərini illik müqayisədə 12% artıraraq 11.34 mln. manata çatdırıb. Haqq və komissiya xərcləri də 26.6% artaraq 974.2 min manat olub. Buna baxmayaraq, şirkət bölüşdürülməmiş mənfəətini 4.6% artıraraq 5.62 mln. manata yüksəldib ki, bu da kapital bazasının daha da möhkəmləndiyini göstərir.

“İnvestAZ” eyni zamanda səhmdar gəlirliliyini də artıraraq 2025-ci ildə 1.35 mln. manat dividend elan edib. Bu göstərici əvvəlki illə müqayisədə 105.5% çoxdur.

Şirkətin cəmi öhdəlikləri 2025-ci ilin sonuna 37.5 mln. manata çatıb və bu göstərici illik müqayisədə 6.2% artıb. Cari öhdəliklər 18.9% artaraq 25.67 mln. manat olub. Müştərilər üzrə kreditor borcları 4.5% artaraq 20.19 mln. manata yüksəlib. Buraxılmış borc qiymətli kağızları üzrə cari öhdəliklər 14.6% azalaraq 1.18 mln. manata düşüb. Uzunmüddətli borc qiymətli kağızları üzrə öhdəliklər isə 18.3% azalaraq 5.62 mln. manat təşkil edib.

Şirkətin cəmi aktivləri 5.6% artaraq 46.12 mln. manata yüksəlib. Cəmi kapital isə ilin sonunda 8.62 mln. manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir.

 

Избранный
47
banker.az

1Источники