RU

Avstriyada paraplanerçi qadın havada təyyarə ilə toqquşmada möcüzə nəticəsində sağ qalıb

“Cessna” tipli yüngülmühərrikli təyyarə ilə havada toqquşan qadın ehtiyat paraşütü açaraq meşə yoluna eniş edib...

Poliqon xəbər verir ki, Austria ərazisində 44 yaşlı paraplanerçi qadın havada yüngülmühərrikli “Cessna” tipli təyyarə ilə toqquşduqdan sonra möcüzə nəticəsində sağ qalıb.

Məlumata görə, təyyarə Alp dağları üzərində turist uçuşu həyata keçirirmiş. Uçuş zamanı paraplan və təyyarə havada toqquşub. Hadisə nəticəsində təyyarənin pəri paraplanın konstruksiyasına ciddi ziyan vurub.

Qadın yaranmış kritik vəziyyətdə ehtiyat xilasetmə paraşütünü aktivləşdirərək qəza enişi etməyə nail olub. O, meşə yoluna eniş edib və ilkin məlumatlara görə, həyati təhlükə yaratmayan xəsarətlər alıb.

Hadisədən sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Təyyarənin pilotunun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.

Hazırda insidentin səbəbləri araşdırılır.

Poliqon.info

Избранный
33
39
poliqon.info

10Источники