RU

Yalçın Rəfiyev: Afrika ilə münasibətlərimiz qarşılıqlı hörmət, həmrəylik prinsipləri üzərində qurulub

Afrika bu gün dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti ilə qitə artıq qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında mühüm rol oynayır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.

“Afrika İttifaqı hazırda G20-nin tamhüquqlu üzvüdür. Afrika həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bunu tam dəstəkləyir.

Azərbaycan üçün Afrika uzaq qitə deyil. O, tərəfdaşların, dostların və ortaq arzuların qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmət, həmrəylik, ərazi bütövlüyü və suverenliyə dəstək prinsipləri üzərində qurulub.

Bu fürsətdən istifadə edərək, işğal illərində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə görə bütün Afrika ölkələrinə təşəkkür edirəm.

Son illərdə Azərbaycanın Afrika ilə əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Siyasi dialoq intensivləşib, diplomatik təmaslar artıb və müxtəlif sahələrdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Ötən ildən bəri Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib. Azərbaycan Respublikasının çoxşaxəli nümayəndə heyəti tərəfindən beş hökumət missiyası həyata keçirilib.

Bu gün Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir və həmin ölkə ilə də bu ilin sentyabr ayında münasibətlərin qurulması planlaşdırılır”

Избранный
60
3
apa.az

4Источники