RU

Əvəzedicilər Liqasında “Sabah”dan növbəti çempionluq! – ARENA.AZ

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, 27-ci turun və mövsümün sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Kəpəz-2” – “Zirə-2” görüşündə qalib müəyyənləşməyib. “Qəbələ-2” “Qarabağ-2” ilə oyundan qalib ayrılıbsa, “Turan Tovuz-2” “Sumqayıt-2” ilə, “Sabah-2” da “Araz-Naxçıvan-2” ilə görüşdə 4 qola sevinib.

Beləliklə, 59 xal toplamış “Sabah”ın ikinci komandası ötən mövsüm olduğu kimi, bu il də Əvəzedicilər Liqasında çempionluğu bayram edib. “Qəbələ-2” gümüş medallarla kifayətlənib. “Neftçi-2” də bürünc medallara sahib çıxıb.

Əvəzedicilər Liqası
27-ci tur
23 may

“Neftçi-2” – “Şamaxı-2” 9:0
Qollar: Vüsal Kərimov, 1. Fərhad Fərhadlı, 7; 38. Ezekiel Oluvafemi, 11; 43. Ömər Qurbanov, 12. Rəvan Səfərli, 66; 80. Röyal Fərzullazadə, 71.
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). 16:00.

25 may

“Kəpəz-2” – “Zirə-2” 1:1
Qollar: Sənan Şamilov, 75 – Hüseyn Məmmədov, 21.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança). 16:00.

“Qəbələ-2” – “Qarabağ-2” 2:1
Qollar Cuma Hüseynov, 30. Ariz Kərimov, 53 – Eltun Babazadə, 78.
Hakimlər: Namiq Bəkirov, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu.

“Araz-Naxçıvan-2” – “Sabah-2” 0:4
Qollar: Həmzəalı Mikayılov, 21-pen. Ramil Nuraxmedov, 25-pen. Nihat Cabbarov, 57. Hüseyn Məmmədzadə, 62.
Hakimlər: Maqsud Şamıyev, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu. 16:00.

“Sumqayıt-2” – “Turan Tovuz-2” 2:4
Qollar: Əjdər Hacılı, 16. Murad Rüstəmov, 90+2 – Elçin Qasımov, 7; 13; 31. Murad Dadaşev, 20.
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Əkbər Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (təbii meydança). 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
31
6
arena.az

10Источники