RU

İran uranı ərazisindən çıxarmağa razılaşdı - yalnız Çinə verilməsi şərti ilə…



ABŞ ilə münaqişənin həlli çərçivəsində İran, yalnız Çinə təhvil verilməsi şərti ilə öz ərazisindən yüksək zənginləşdirilmiş uranı çıxarmağa hazır olduğunu bildirib.

Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədət" televiziya kanalı yüksək vəzifəli mənbələrə istinadən məlumat verib.
“Tramp ölkədən uranı çıxarmadan İranla sülhə razı olmayacaq. Bu səbəbdən İran öz ərazisindən yüksək zənginləşdirilmiş uranı çıxarmağa hazırdır", - deyə bildirən kanal Tehranın "yüksək zənginləşdirilmiş uranın yalnız Çinə təhvil verilməsi şərtini qoyduğunu" açıqlayıb
Əl-Hədətin mənbələri həmçinin qeyd edib ki, İslam Respublikası ABŞ-la danışıqlarda "irəliləməzdən əvvəl Çindən zəmanət istəyir".

SAMİRƏ

Избранный
43
50
baki-xeber.com

10Источники