RU

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

Bakı, 26 may, AZƏRTAC

İsrail qüvvələri son 24 saat ərzində “Hizbullah”a məxsus 70-dən çox infrastruktur obyektinə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat “təhdidlərin aradan qaldırılması” məqsədilə həyata keçirilib və hədəflərə ümumilikdə 85 sursat atılıb.

Zərbələr nəticəsində, o cümlədən Livanın cənubundakı Tir şəhəri ətrafında “Hizbullah”a aid təxminən 10 obyekt vurulub. Hədəflər arasında komanda məntəqələri, silah anbarları və digər hərbi infrastruktur obyektləri də olub.

Bundan əvvəl Baş nazir Binyamin Netanyahu Livanın cənubunda və İsrailin şimalındakı sərhəd kəndlərində fəaliyyət göstərən İsrail ordu bölmələrinə qarşı artan pilotsuz uçuş aparatı hücumlarına cavab olaraq “Hizbullah” hədəflərinə qarşı əməliyyatların genişləndiriləcəyini bildirmişdi.

Избранный
143
50
azertag.az

10Источники