ABŞ prezidenti Donald Tramp İrana ultimatum verib. Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı ya sonradan məhv edilməsi üçün ABŞ-yə təhvil veriləcək, ya da “yerində” və ya “başqa uyğun məkanda” məhv olunacaq.
“Zənginləşdirilmiş uran ya dərhal ABŞ-yə təhvil veriləcək ki, ölkəyə aparılıb məhv edilsin, ya da İranla əməkdaşlıq çərçivəsində yerində Beynəlxalq Enerji Agentliyinin iştirakı ilə başqa uyğun bir məkanda məhv ediləcək”, — deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Zənginləşdirilmiş urandan imtina ABŞ-nin münaqişənin başa çatdırılması üçün İrana irəli sürdüyü əsas tələblərdən biridir. KİV mənbələrə istinadən yazırdı ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını Çinə çıxarmağa hazırdır, Tehran isə bu məlumatı təkzib edib.