RU

ABŞ ilə İran arasında nüvə gərginliyi artır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın əlində olan zənginləşdirilmiş uran ya ABŞ-yə gətirilərək məhv edilməli, ya da İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında zərərsizləşdirilməlidir.

"Cebheinfo.az" xəbər verir ki, Donald Tramp sosial media hesabında etdiyi paylaşımda qeyd edib:

“Zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal ABŞ-yə təhvil verilərək burada məhv ediləcək, ya da üstünlük verilən variant olaraq İranın əməkdaşlığı və koordinasiyası ilə Atom Enerjisi Komissiyası və ya bənzər qurumun nəzarəti altında yerində və ya qəbul edilə biləcək başqa bir məkanda məhv olunacaq”.

ABŞ, İsrail və İran arasında davam edən atəşkəs prosesi çərçivəsində müharibənin tam dayandırılması üçün danışıqların sürdüyü bildirilir.

Məlumata görə, İranın əlində olduğu iddia edilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi aparılan müzakirələrin əsas mövzularından biridir.

Избранный
36
cebheinfo.az

1Источники