RU

Premyer Liqa: “Qarabağ” 1-ci, “Neftçi” 2-ci oldu – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, nəticəsi ləğv olunmuş “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi 28-ci turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutmuç 22-ci turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutmuş oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici – 2473).

Premyer Liqa klublarının ötən mövsümdəki azarkeş fəallığı

 KLUBTAMAŞAÇIOYUNORTA
1Qarabağ51167173010
2Neftçi44693162793
3Sumqayıt39560162473
4Turan Tovuz34550162159
5Karvan-Yevlax27380171611
6Sabah23623171390
7Şamaxı18150171068
8Kəpəz1315016822
9Zirə1235017726
10Qəbələ967016604
11İmişli776516485
12Araz-Naxçıvan372017219
 cəmi2857781981443
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
19
9
arena.az

10Источники