RU

FHN in Akademiyasında növbəti praktiki maarifləndirici tədbir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rəisinin müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev çıxış edərək görüşün əhəmiyyəti, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğu və kursantların peşəkar dünyagörüşünün formalaşması, onların xidmət fəaliyyətinə hazırlanması, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynadığından danışıb.

FHN-in Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov bildirib ki, Bakı Regional Mərkəzi fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təşkili istiqamətində mühüm funksiyalar həyata keçirir. Qeyd edilib ki, fövqəladə hallar zamanı çevik və koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə şəxsi heyətin peşə hazırlığı və operativ hazırlıq səviyyəsinin daim yüksəldilməsi diqqət mərkəzində saxlanılır. O, kursantlara gələcək xidmət fəaliyyətlərində peşəkarlıq, məsuliyyət və vətənpərvərlik keyfiyyətlərinin vacibliyini tövsiyə edib.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
5
azertag.az

6Источники