RU

"Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik"

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası daim sosial məzmunu ilə fərqlənir. Düşünülmüş və praqmatik siyasət sayəsində ölkənin iqtisadi potensialının artması, maliyyə imkanlarının genişlənməsi eləcə də infrastrukturların yenilənməsinə geniş imkanlar açıb. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan proqram və layihələrin rolu əvəzsizdir. Hazırda bu siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının daha da artırılmasıdır.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının nəticələrini yüksək dəyərləndirib.

Ölkə rəhbəri vurğulayıb ki, regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları kənd təsərrüfatının inkişafı ilə paralel şəkildə sosial layihələrin həyata keçirilməsinə də geniş imkan yaradıb. Son illərdə minlərlə kilometr avtomobil yolu çəkilib, kənd yolları yenidən qurulub, yeni su anbarları və suvarma kanalları istifadəyə verilib. Bu infrastruktur layihələri kənd təsərrüfatının inkişafını sürətləndirməklə yanaşı, insanların sosial rifahına da mühüm təsir göstərib.

Bu gün regionların inkişafında aqrar sektor xüsusi əhəmiyyət daşıyır. Çünki ərzaq təhlükəsizliyi milli təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Ötən dövr ərzində bu sahənin inkişafı ilə bağlı həm regional dövlət proqramları çərçivəsində, həm də digər müstəvilərdə tədbirlər həyata keçirilib. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da böyük işlər görülür. Bu ərazilərin kənd təsərrüfatının inkişafı üçün ciddi potensialı var.

Hazırda icra olunan regional inkişaf proqramları ölkədə məşğulluğun artırılmasına da mühüm töhfə verib. Yeni müəssisələrin yaradılması, aqroparkların və sənaye zonalarının fəaliyyətə başlaması minlərlə insan üçün iş yerləri açıb. Bu isə regionlarda yoxsulluğun azalmasına, əhalinin gəlirlərinin artmasına və sosial sabitliyin möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasət Azərbaycanın gələcək inkişafı və xalqın firavan həyatı üçün mühüm təminatdır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Избранный
4
1
redaktor.az

2Источники