ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bu gün, 26 may 2026-cı il Azərbaycanda Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyasının ratifikasiyası prosesi başa çatıb.
Gununsesi.info bildirir ki, bu barədə Avropa Şurası baş katibini müavini Byorn Berje özünün X hesabında yazıb.
O bildirib ki, Azərbaycan 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək Konvensiyanı ratifikasiya etmiş 16-cı ölkə oldu.
Azərbaycanın AŞ -dakı səfiri Fəxrəddin İsmayılovla görüşən baş katibin müavini onu təbrik edib.
O, daha sonra əlavə edib:
” İnsan Orqanlarının Alverinə Qarşı Konvensiya. İnsan hüquqlarının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyinizə görə sizə təşəkkür edirik”.
Firuzə Mahmudova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.