RU

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb.

Bu barədə hafta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq.

Qeyd edək ki, Qurban bayramı günlərində AQTA-nın Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Избранный
4
11
hafta.az

10Источники